Əbu-Dabidə vurulmuş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının yerə düşməsi nəticəsində 6 nəfər əcnəbi yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əbu-Dabi media ofisinin bəyanatında deyilir: “Əbu-Dabi Əmirliyinin səlahiyyətli qurumları, hava hücumundan müdafiə sistemləri tərəfindən bir PUA-nın uğurla zərərsizləşdirilməsindən sonra ICAD 2 bölgəsindəki iki müxtəlif nöqtəyə düşən qalıqlarla bağlı hadisəyə müdaxilə edib. Hadisə nəticəsində Pakistan və Nepal vətəndaşları olan 6 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb”.
Aysel Şirinova