Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
sosial

Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu

04-03-2026 18:00 35 Views
IMG

Həbsdə olan azərbaycanlı iş adamı Aslan Əliyevin ilkin bazar qiyməti 4,2 milyon manat olan əmlakı müsadirə olunub.

 

"Tvit.az" "Teleqraf"a istinadən xəbər verir ki, söhbət “Şəmkir Un-Yem” MMC-nin yerləşdiyi əmlak kompleksindən gedir.

 

1.1788 ha torpaq sahəsində yerləşən fabrikin hərrac qiyməti 3,6 milyon manatdır.

 

Qeyd edək ki, A.Əliyev ötən il Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

 

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb.