Fevralın 28-də Masallı İdman Kompleksində məşq edən kişi qəfildən kritik duruma düşüb.
Tvit.az APA-ya istinadla xəbər verir ki, 1977-ci il təvəllüdlü Səbuhi Abbasov kompleksdə idman edərkən halı pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.