Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Sanderlend" Daniel Ballardla müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb
sport

"Sanderlend" Daniel Ballardla müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb

02-03-2026 10:00 21 Views
IMG

İngiltərənin "Sanderlend" klubu müdafiəçi Daniel Ballard ilə yeni müqavilə imzalayıb.

 

Tvit.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.

 

Sənəddə müddətin daha bir il artırılması bəndi də yer alıb.

 

Qeyd edək ki, 2022-ci ilin iyunundan "Sanderlend"in formasını geyinən 26 yaşlı futbolçu bu müddət ərzində 114 oyunda 8 qol vurub.