İngiltərənin "Sanderlend" klubu müdafiəçi Daniel Ballard ilə yeni müqavilə imzalayıb.
Tvit.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.
Sənəddə müddətin daha bir il artırılması bəndi də yer alıb.
Qeyd edək ki, 2022-ci ilin iyunundan "Sanderlend"in formasını geyinən 26 yaşlı futbolçu bu müddət ərzində 114 oyunda 8 qol vurub.