İranın xarici işlər naziri Abbas Əraqçı iraqlı həmkarı Hüseyn ilə telefonla danışıb.
Tvit.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, söhbət zamanı regional və beynəlxalq hadisələr, o cümlədən İranın ABŞ ilə nüvə danışıqları müzakirə olunub. Hüseyn İraqın danışıqlar prosesinə dəstəyini vurğulayıb və hazırkı məsləhətləşmələrin İran üçün əlverişli nəticələrə gətirib çıxaracağına, habelə regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Əraqçı həmçinin Omanın xarici işlər naziri əl-Busəidi ilə də danışıb. Tərəflər İran və ABŞ arasında əvvəllər baş tutmuş danışıqları, eləcə də gözlənilən görüşün təşkilati məsələlərini müzakirə ediblər.
Aysel Şirinova