Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
sosial

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq

23-02-2026 10:00 13 Views
IMG

23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Bu barədə "Tvit.az"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.