İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçiriləcək nüvə danışıqlarının üçüncü raundu fevralın 26-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Tvit.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi sosial şəbəkədə bildirib.
“ABŞ-İran danışıqlarının bu cümə axşamı Cenevrədə keçiriləcəyini və razılaşmanın yekunlaşdırılması istiqamətində müsbət bir impuls əldə ediləcəyini təsdiqləməkdən məmnunam”,- deyə nazir vurğulayıb.
Elmin Alışov