Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşıb
sosial

Ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşıb

20-02-2026 23:00 19 Views
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.

 

Bu barədə Tvit.az-a fonddan məlumat verilib.

 

Bildirilib ki, fevralın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə bölgələrdə yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.


1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.