2026-ci ilin 17-20 fevral tarixlərində UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təmsil olunub.
Tvit.az "Trend"ə istinadla xəbər verir ki, iclasın gündəliyinə uyğun olaraq, 20 fevral tarixində Komitənin 20-ci sessiyası üçün Büronun tərkibinə seçki keçirilib. Seçkinin nəticəsinə əsasən, Azərbaycan yekdilliklə Büronun sədr müavini vəzifəsinə seçilib.
Azərbaycanın bu mühüm vəzifəyə seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması və təşviqi, habelə UNESCO-nun müvafiq konvensiyasının məqsəd və prinsiplərinin həyata keçirilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.