Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Zahid Orucun rəhbərlik etdiyi qurum ləğv edildi - MEDİA-ya birləşdirilir
siyasət

Zahid Orucun rəhbərlik etdiyi qurum ləğv edildi - MEDİA-ya birləşdirilir

20-02-2026 17:00 18 Views
IMG

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb.

"Tvit.az"ın xəbərinə görə, Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilir.

Qeyd edək ki, “Sosial Tədqiqatlar Mərkəzi”nə Zahid Oruc rəhbərlik edirdi.