Baykal gölündə turistləri buzun üzəri ilə daşıyan avtomobil batıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.
Məlumata əsasən, içərisində doqquz nəfərin olduğu "UAZ" markalı avtomobil qəfildən buzun qırılması nəticəsində suya qərq olub. İlkin məlumatlara görə, qəza nəticəsində həyatını itirənlər var.
Faktla bağlı İrkutsk vilayəti üzrə istintaq orqanları tərəfindən cinayət işi başlanılıb.
Qeyd edək ki, bənzər hadisə daha əvvəl də baş verib.
Aysel Şirinova