Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sülh Şurasının bugünkü iclasında Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur
sosial

Sülh Şurasının bugünkü iclasında Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur

19-02-2026 22:00 11 Views
IMG

Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.

 

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirakı nəzərdən keçirilə bilər:

 

"Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur", - paylaşımda qeyd olunub.