Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib
sport

Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib

19-02-2026 21:00 14 Views
IMG

Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

 

Tvit.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Abşeron Lions" - "Şəki qarşılaşmasından sonra bəlli olub.

 

Sözügedən matçda 93:85 hesabı ilə qalib gələn şəkililər yarımfinala adlayan sonuncu kollektiv olublar.

 

Daha əvvəl baş tutan matçlarda "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" "Quba"nı (113:76), "Gəncə" isə "Neftçi"ni (95:92) məğlub edərək növbəti raunda adlayıb.

 

Beləliklə "Şəki" və "Gəncə" komandaları yarımfinalda münasibətləri aydınlaşdıracaqlar. Bu mərhələnin digər matçında "Sabah" "Ordu" ilə qarşılaşacaq.