Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Britaniya kralının qardaşı Epşteynlə bağlı həbs olunub
dünya

Britaniya kralının qardaşı Epşteynlə bağlı həbs olunub

19-02-2026 15:00 15 Views
IMG

Britaniya polisi Kral III Karlın kiçik qardaşı, 66 yaşlı şahzadə Endryunu amerikalı maliyyəçi və uşaqların cinsi istismarı şəbəkəsinin təşkilatçısı Ceffri Epşteynin işi ilə bağlı aparılan araşdırma çərçivəsində həbs edib. 

 

Tvit.az xəbər verir ki, bu barədə Britaniyanın BBC teleradiosu məlumat yayıb.

 

BBC-nin ötürdüyü məlumatında deyilir:

 

"Endryu Mauntbatten-Vindzor həbs edilib və vəzifə cinayətində şübhəli bilinərək nəzarət altında saxlanılır". 

 

Araşdırmaların aparıldığı qeyd edilib.

 

Aysel Şirinova