Pakistanın Karaçi şəhərində mənzil binasının birinci mərtəbəsində partlayış baş verib.
Tvit.az bu barədə “Dawn” qəzetinə istinadən xəbər verir.
Hadisə nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 16 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Əraziyə göndərilən axtarış-xilasetmə qrupları mənzil binasının dağıntıları altından bir neçə nəfəri xilas edib. Qruplar dağıntılar yerində işlərini davam etdirir.
Elmin Alışov