Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Azərsilah"ın Şirvandakı zavodunda qəza oldu
sosial

"Azərsilah"ın Şirvandakı zavodunda qəza oldu

19-02-2026 10:00 16 Views
IMG

Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

 

Bu barədə "Tvit.az"a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır