Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home şou-biznes "Bu, həyatdakı ən böyük səhvimdir" - Xatirə İslam
şou-biznes

"Bu, həyatdakı ən böyük səhvimdir" - Xatirə İslam

19-11-2024 17:00 30 Views
IMG

"Bir uşağı böyüdəndən sonra ikinci uşaq olmur. Oğlum Emil balaca olanda ikinci uşaq haqda fikirləşməli idim".

"Tvit.az"  xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "İncə səhər" verilişində deyib. Sənətçi ikinci dəfə ana ola bilməməsindən danışıb: 

"Başım konsertə, toya qarışdı. Bunu etiraf edirəm, həyatdakı ən böyük səhvimdir. Bir də ayıldım ki, gecdir. Sonra qaldım həkimlərdə. Yaş da öz sözünü deyir. Bəzi şeylər var ki, cavanlıqda olmalıdır".