Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Özbəkistanda "Arşın mal alan" tamaşası təqdim olunacaq
sosial

Özbəkistanda "Arşın mal alan" tamaşası təqdim olunacaq

17-02-2026 16:00 17 Views
IMG

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tvit.az xəbər verir ki, bu barədə Özbəkistan Mədəniyyət Nazirliyi məlumat yayıb.

"Memorandum teatr sahəsində təcrübə mübadiləsini, birgə tamaşaların hazırlanmasını, qastrol turlarının təşkilini, festivallarda iştirakı və yaradıcılıq görüşlərinin keçirilməsini nəzərdə tutur. Bu saziş hər iki teatrın kollektivləri üçün yeni yaradıcılıq imkanları açacaq və birgə layihələri reallaşdırmağa imkan verəcək", - məlumatda qeyd olunub.

Bu ilin sentyabr ayında Berdax adına Qaraqalpaq Dövlət Akademik Teatrının 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Nukus şəhərinə səfər edəcək.

Qonaqlar və tamaşaçılar görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Berdax adına teatrın truppası ilə birgə təqdim olunan məşhur "Arşın mal alan" tamaşasını izləyə biləcəklər.

Report