Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ
sport

“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

13-02-2026 19:00 15 Views
IMG

"Qarabağ" ötən ilin iyulunda sıralarına qatdığı Sammi Mmae barədə yekun qərarını verib.

 

Tvit.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”sundan heyətinə cəlb etdiyi belçikalı mərkəz müdafiəçisinin xidmətində maraqlı deyil.
 

Artıq Xorvatiya tərəfinə bu haqda şifahi məlumat verilib. “Qarabağ” icarə əsasında düşərgəsinə gələn və 1 illik müqavilə bağladığı 28 yaşlı legionerin transfer hüququnu almayacaq.


Qeyd edək ki, Mmaenin 21 oyunda formasını geyindiyi “Dinamo” ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var. O, Zaqrebə 2024-cü ilin yayında Macarıstandan - “Ferentsvaroş”dan azad agent kimi keçib. Daha öncə Belçikada “Gent”, “Standard” və “Sent Trüden”də çıxış edib