Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Qubadada kişi balta ilə uşaqlara HÜCUM ÇƏKDİ
turizm

Qubadada kişi balta ilə uşaqlara HÜCUM ÇƏKDİ

13-02-2026 13:00 12 Views
IMG

Quba rayonunda yerləşən istirahət parklarının birində uşaqların üzərinə balta ilə hücum çəkən vətəndaş hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Tvit.az xəbər verir ki, sözügedən insident şəhər ərazisindəki Nizami adına parkda baş verib.

38 yaşlı Davud Mirzəyev (ad və soyad şərti xarakter daşıyır – red.) axşam saatlarında əlindəki balta ilə azyaşlıları təqib edib. Həmin vaxt ərazidə xidmət aparan polis nəfərləri dərhal müdaxilə edərək onu saxlayıb və kəsici aləti müsadirə ediblər. Davud və onun qorxutduğu uşaqlar birlikdə polis bölməsinə aparılıblar, saxlanılan şəxs barəsində iki müvafiq maddə üzrə protokol rəsmiləşdirilib.

 

Dindirmə zamanı D.Mirzəyev hadisə vaxtı spirtli içkinin təsiri altında olduğunu, bu səbəbdən də etdiyi hərəkətləri və yaşananları xatırlamadığını bildirib.

Quba Rayon Məhkəməsi onun əməlində cinayət tərkibinin mövcudluğunu nəzərə alaraq, işin dərindən araşdırılması üçün Quba Rayon Prokurorluğuna və rayon Polis Şöbəsinə yönləndirilməsinə qərar verib. (lent.az)