Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
sport

"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb

12-02-2026 20:00 14 Views
IMG

Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.


Peşəkar Futbol Liqasından Tvit.az-a verilən məlumata görə, "Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

 

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

 

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. "Qarabağ" və "Nyukasl" komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.