Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
sosial

Azərbaycanda bu yüksək vəzifə ləğv edildi

12-02-2026 19:00 15 Views
IMG

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

 

Tvit.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

 

Belə ki, daha əvvəl “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”ya əsasən, nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini var idi.

 

Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.

 

Bununla nazirin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.


Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun müvafiq Sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.