Dünya birjalarında neft ucuzlaşıb.
"Tvit.az" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,35 dollar azalaraq 77,7 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar azalaraq 74,13 dollar təşkil edib.