Oktyabrın 29-da İspaniyada başda Valensiya olmaqla ölkənin şərq və cənub bölgələrini vuran sel fəlakəti 650 min ton kənd təsərrüfatı məhsulunu məhv edib.
Tvit.az bu barədə İspaniya Kənd Təsərrüfatı Sığorta Təşkilatları Assosiasiyasına istinadən xəbər verir.
Sel nəticəsində 25 min 500 hektar becərilən kənd təsərrüfatı sahəsinin zədələndiyi, 650 min ton ərzaq məhsulunun israf edildiyi və 10 mindən çox fermerin zərər çəkdiyi bildirilib.
Elmin Alışov