Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes Rusiya Prokurorluğu Hüseyn Həsənovla bağlı məlumat yaydı
şou-biznes

Rusiya Prokurorluğu Hüseyn Həsənovla bağlı məlumat yaydı

02-02-2026 12:00 26 Views
IMG

Azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənova qarşı pul vəsaitlərinin leqallaşdırılması ( çirkli pulların yuyulması)  ilə bağlı cinayət işi üzrə ittiham aktı təsdiqlənib.

Tvit.az xəbər verir ki, bu barədə Moskva şəhər Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, cinayət işi üzrə ittiham aktı Cənub İnzibati Dairəsinin prokurorluğu tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Hüseyn Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (şəxs tərəfindən törədilmiş cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (yuyulması)) üzrə ittiham olunur.

 

Aysel Şirinova