Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
sosial

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

30-01-2026 22:00 14 Views
IMG

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

 

Eyni zamanda, bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.