Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Prezidentin işdən çıxardığı Süleyman Mikayılov kimdir?
sosial

Prezidentin işdən çıxardığı Süleyman Mikayılov kimdir?

30-01-2026 20:00 16 Views
IMG

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Tvit.az onun tərcümeyi-halını təqdim edir:

 

Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

 

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.

 

1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

 

1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

 

2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.

 

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

30 yanvar 2026-cı ildə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

 

3 noyabr 2010-cu ildən 2014-cü ilə qədər Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub.

 

Ailəlidir, iki övladı var.