Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Fars körfəzi ölkələrinin Azərbaycana investisiyaları 600 milyon dolları ötüb
iqtisadiyyat

Fars körfəzi ölkələrinin Azərbaycana investisiyaları 600 milyon dolları ötüb

29-01-2026 19:00 20 Views
IMG

2025-ci ilin birinci yarısının sonuna Fars körfəzi ölkələri Azərbaycana 606 milyonABŞ dolları məbləğində investisiya yatırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili" adlı hesabatında deyilir.

 

Bank Körfəz ölkələrindən Avrasiya regionuna investisiyaların yüksək tempini qeyd edir. 2025-ci ilin birinci yarısında onların məbləği 23,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 3,2 dəfə, 2023-cü ilə nisbətən isə 60 % çoxdur.

 

2025-ci ilin ilk altı ayında Fars körfəzi ölkələrinin investorları ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları olan 10yeni layihəyə start verib. Tam reallaşdırıldığı halda bu təşəbbüslərin ümumi dəyəri 6,5 milyard dolları üstələyəcək.

 

2016-cı ildən etibarən aktiv layihələrin sayı 55-ə çatıb. 2025-ci ildə Özbəkistanda beş, Qazaxıstanda üç, Azərbaycanda isə iki layihənin həyata keçirilməsinə başlanılıb.


Avrasiya regionuna investisiya qoyuluşu üzrə liderlər sırasında BƏƏ (68 %, 16,1 milyard ABŞ dolları), Səudiyyə Ərəbistanı (18 %, 4,2 milyard ABŞ dolları), Qətər (10 %, 2,4 milyard ABŞ dolları) və Oman (5 %, 1,1 milyard ABŞ dolları) yer "Körfəz ölkələrindən investisiyaların demək olar ki, 96 %-i Mərkəzi Asiyaya yönəlib. Ən az vəsaitin daxil olduğu ölkələr Azərbaycan (606 milyon dollar), Ermənistan (174 milyon dollar), Gürcüstan (157 milyon dollar), Qırğızıstan (75 milyon dollar) və digərləridir", - hesabatda qeyd olunur.


BƏƏ-nin "Masdar" şirkəti Azərbaycanın Neftçala və Biləsuvar rayonlarında günəş elektrik stansiyalarının tikintisi üzrə iki layihə həyata keçirir. Bu layihələrə müvafiq olaraq 383 milyon dollar (Neftçala rayonu, 315 MVt) və 283 milyon dollar (Biləsuvar rayonu, 445MVt) sərmayə yatırılacaq.

 

Sahəvi stuktur baxımından Körfəz ölkələri əsas investisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinə yönəldib. İnvestisiyaların təxminən 43 %-i Türkmənistanda neft hasilatı layihəsinə, daha 35 %-i isə Özbəkistan və Azərbaycanın elektrik enerjisi, əsasən bərpa olunan enerji mənbələri seqmentində 29 layihəyə yönəldilib.

 

"Son illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarını daha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistanda investisiya qoyuluşu üçün yeni istiqamətləri nəzərdən keçirir", - EDB vurğulayır.

 

Səudiyyə Ərəbistanının əsas investisiya istiqaməti Özbəkistandır. Bütün toplanmış yatırımların təxminən 93 %-i bu ölkənin payına düşür, investisiyaların qalan hissəsi isə Azərbaycana yönəldilib.