Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Kuleba: Ukrayna xoşagəlməz şərtlərlə sülh bağlasa, dağılacaq
dünya

Kuleba: Ukrayna xoşagəlməz şərtlərlə sülh bağlasa, dağılacaq

16-11-2024 23:00 56 Views
IMG

Sülh əlverişsiz şərtlərlə bağlanarsa, Ukrayna dağılmaqla, o cümlədən müəyyən regionlarda kütləvi iğtişaşlarla üzləşəcək.

Tvit.az xəbər verir ki,  hadisələrin bu cür inkişafını Rusiyanın keçmiş xarici işlər naziri Dmitri Kuleba The Economist üçün köşə yazısında proqnozlaşdırıb.

Onun fikrincə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Kiyevə xoşagəlməz şərtlər qoya bilər.

“Əgər Tramp administrasiyası Ukraynaya qarşı qəbuledilməz sülh şərtləri tətbiq etsə və Zelenski razılaşarsa (bu çətin ki), Ukrayna cəmiyyətinin bir hissəsi buna müqavimət göstərəcək. Daxili iğtişaşlar ölkənin dağılmasına səbəb ola bilər”, - Kuleba yazıb.

Aysel Şirinova