ABŞ prezidenti Co Bayden Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin ikinci gününün başlamasını qaçırıb.
Tvit.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sammitdə Baydenin Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə tərəflər arasında fikir ayrılığına səbəb olan bir sıra mühüm məsələləri müzakirə edəcəyi gözlənilirdi. Açıqlanan əsas mövzular arasında Çinin Rusiya ilə əlaqələri, Tayvan, Cənubi Çin dənizi və kiberməkan olub.
Lakin Amerika lideri görüşə gəlməyib. ABŞ prezidentinin beynəlxalq iqtisadi məsələlər üzrə milli təhlükəsizlik müşavirinin müavini Dalip Sinq Baydenin boş kreslosuna oturdu . Bir çox KİV bu siyasətçini “Rusiyaya qarşı sanksiyaların memarı” adlandırır.