Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ünvana çatdıracaqları kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanılıblar
sosial

Ünvana çatdıracaqları kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanılıblar

21-01-2026 12:00 12 Views
IMG

Ünvana çatdırmalı olduqları kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanılıblar.

Bu barədə Tvit.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək sifariş verdiyi 1800 manat dəyərində kosmetoloji vasitələrin talandığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əlizadə və Z.Rüstəmzadə saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənin sifariş verdiyi 50 qutu kosmetik ləvazimat çatdırılma şirkəti vasitəsilə ona göndərilib. Saxlanılan şəxslər isə həmin şirkətin kuryer xidmətini həyata keçirərkən yolda bağlamaların bir hissəsini oğurlayıblar. Onlar ifadələrində taladıqları kosmetik ləvazimatları satdıqlarını bildiriblər.

Araşdırmalar davam etdirilir.