Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial DİN açıqlama yaydı: Həmin "Range Rover"in sürücüsü HƏBS EDİLDİ
sosial

DİN açıqlama yaydı: Həmin "Range Rover"in sürücüsü HƏBS EDİLDİ

21-01-2026 11:00 13 Views
IMG

"Range Rover"lə təhlükəli manevr edən sürücü həbs olunub.

 

Bu barədə Tvit.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, BDYPİ-nin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən "Range Rover" markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

 

Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.