Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Cənubi Koreyanın prezidentinə qarşı sui-qəsd cəhdi terror aktı kimi tanındı
sosial

Cənubi Koreyanın prezidentinə qarşı sui-qəsd cəhdi terror aktı kimi tanındı

20-01-2026 18:00 33 Views
IMG

Cənubi Koreya hökuməti Prezident Li Çje Myona qarşı 2024-cü ilin yanvar ayında törədilən sui-qəsd cəhdini terror aktı kimi qiymətləndirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Nazirinin Ofisi məlumat yayıb.

 

Xəbərdə qeyd olunur ki, hadisə baş verən vaxt Myon prezident olmayıb və müxalif partiyanın sədri postunu tutub:

 

"Terrorla Mübarizə üzrə Dövlət Komitəsinin yaradılmasından on il keçib. Lakin ölkə daxilində və xaricdə vəziyyət ciddi olaraq qalır. Terror təhlükəsi xaricdə də qalmaqdadır.

 

Ölkəmizdə isə hazırkı prezidentə partiya sədri olduğu dövrdə hücum edilib. Hökumət bu hadisəni nəzərdən keçirdikdən sonra terror hücumu kimi tövsif etmək qərarı verdi.

 

2016-cı ildə terrorizmə qarşı mübarizə qanunu qüvvəyə mindikdən bəri hökumət səviyyəsində ilk dəfə bir hadisə terror aktı kimi təsnif edilir".

 

Məlumatda bildirilir ki, 2024-cü il yanvarın 2-də silahlı şəxs Myona hücum edərək, ona boynundan bıçaqla zərbə endirib. Cinayəti törədən şəxs indiki prezidentə onun "tərəfdarı" kimi yaxınlaşıb və imza istəyib.

 

Qanlı insidenti həyata keçirən cinayətkar Myonun prezident olmasına maneə olmaq üçün belə addım atdığını etiraf edib. Hücum edən şəxs 2025-ci ilin iyulunda 15 il həbs cəzasına məhkum olunub.

 

Myon 2025-ci ilin iyununda keçirilən növbədənkənar seçkidə prezident seçilib.