Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Azərişıq": Cənub regionunda elektrik enerjisinin verilişində məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq
sosial

"Azərişıq": Cənub regionunda elektrik enerjisinin verilişində məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq

20-01-2026 18:00 36 Views
IMG

Azərbaycan ərazisində dağlıq rayonlara yağan aramsız qar nəticəsində cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində yaranan məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq.

 

Tvit.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

 

"Elektrik enerjisinin verilişində məhdudiyyətlərə səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq"ın əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq qurumun əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək", - məlumatda deyilir.