Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Masazırda köməksiz vəziyyətdə qalan uşaq xilas edildi
turizm

Masazırda köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

16-01-2026 19:00 18 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Masazır kəndində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.