Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Nərimanovda oğurluq edənlər saxlanıldı
turizm

Nərimanovda oğurluq edənlər saxlanıldı

16-01-2026 13:00 18 Views
IMG

Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov saxlanılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, rayon ərazisində qeydə alınan daha bir oğurluq zamanı isə “VAZ-2107” markalı avtomobildən 780 manat və maqnitofon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Namazov da saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.