Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Qeyri-etik davranışlar sərgiləyən Samuel Eto 4 oyunluq diskvalifikasiya edilib
sport

Qeyri-etik davranışlar sərgiləyən Samuel Eto 4 oyunluq diskvalifikasiya edilib

15-01-2026 20:00 19 Views
IMG

Afrika Futbol Konfederasiyası (CAF) Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun diskvalifikasiya edildiyini açıqlayıb.

 

Tvit.az CAF-a istinadən xəbər verir ki, Samuel Eto Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində, Kamerun və Mərakeş milli komandaları arasında keçirilən oyunda iqeyri-etik davranışlara yol verdiyi üçün cəzalandırılıb.

 

Yanvarın 9-da baş tutan qarşılaşma Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Eto matçın baş hakiminin qərarlarından narazı qalıb və bu səbəbdən uyğunsuz hərəkətlər sərgiləyib.

 

Eto bu davranışına görə dörd oyunluq diskvalifikasiya olunub və 20.000 dollar cərimə edilib.