Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hindistan təyyarəsi baqaj konteyneri ilə toqquşub
dünya

Hindistan təyyarəsi baqaj konteyneri ilə toqquşub

15-01-2026 20:00 18 Views
IMG

Air India aviaşirkətinə məxsus A-350 tipli sərnişin təyyarəsi Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında sükanlama zamanı baqaj konteyneri ilə toqquşaraq mühərrikini zədələyib.

Tvit.az xəbər verir ki, bu barədə Press Trust of India (PTI) agentliyi məlumat yayıb.

Hadisə güclü duman səbəbindən görünüşün zəif olduğu şəraitdə baş verib. A-350 təyyarəsinin hərəkət trayektoriyasına təsadüfən çıxmış konteynerin qalıqları işlək vəziyyətdə olan sağ mühərrikə sorulub. Nəticədə Dehli–Nyu-York reysinə hazırlaşan təyyarə uçuş üçün yararsız sayılıb və təmirə göndərilib.

 

Aysel Şirinova