Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı
turizm

Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı

15-01-2026 18:00 15 Views
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb.

"Tvit.az" xəbər verir ki, Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib.

Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.

Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.