Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İrana aid gəmi Xəzər dənizində qəzaya uğradı
sosial

İrana aid gəmi Xəzər dənizində qəzaya uğradı

14-01-2026 19:00 15 Views
IMG

Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb.

 

Tvit.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb.


Məlumata görə, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış “Rona” yük gəmisindən SOS siqnalı daxil olub.

 

Türkmənistanın dövlət qurumları tərəfindən insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Gəmidə olan 14 nəfərin hamısı xilas edilib.

 

Onlar İran və Hindistan vətəndaşlarıdır.