Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda "brend saat" satan şəxs saxlanıldı
turizm

Bakıda "brend saat" satan şəxs saxlanıldı

14-01-2026 19:00 21 Views
IMG

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.

 

DİN-in Mətbuat Xidmətindən Tvit.az-a bildirilib ki, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən "brend marka" adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu yolla vətəndaşın 5 200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb.

 

Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.

 

Araşdırmalar aparılır.