Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
sosial

Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək

12-01-2026 17:00 36 Views
IMG

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın (dəmir armaturlar) 1 tonu üçün - 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.