Almaniya kansleri Fridrix Merts ABŞ-ın NATO ölkələrinin Qrenlandiyada təhlükəsizliyi gücləndirmək məqsədilə mümkün birgə əməliyyatda iştirakını gözlədiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
“Biz ABŞ-nin bu Danimarka hissəsinin müdafiəsini yaxşılaşdırmaq ehtiyacı ilə bağlı narahatlığını bölüşürük. Qrenlandiya üçün təhlükəsizlik vəziyyətini birlikdə yaxşılaşdırmaq istəyirik. Mən hesab edirəm ki, amerikalılar da bu əməliyyata qatılacaqlar”, – Merts Hindistana səfəri zamanı bildirib.