Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür" - Dövlət başçısı
sosial

"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür" - Dövlət başçısı

12-01-2026 15:00 33 Views
IMG

Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil.

"Tvit.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

Dövlət başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.