Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ” bu gün “Neftçi” ilə üz-üzə
sport

“Qarabağ” bu gün “Neftçi” ilə üz-üzə

12-01-2026 10:00 14 Views
IMG

Yanvarın 10-da Türkiyəyə təlim-məşq toplanışına yollanan “Qarabağ” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Tvit.az xəbər verir ki, mövsümün ikinci yarısına Antalya şəhərində hazırlaşan Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” klubu ilə üz-üzə gələcək. Qarşılaşma “Gloria Sports Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində növbəti yoxlama oyununu yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Antalya toplanışı yanvarın 17-dək davam edəcək. Azərbaycan Premyer Liqasında növbəti turun oyunları isə 23-25 yanvar tarixlərində baş tutacaq.