Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial FHN əhaliyə müraciət etdi
sosial

FHN əhaliyə müraciət etdi

10-01-2026 15:00 40 Views
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə "Tvit.az"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır: “Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - məlumatda qeyd edilib.