Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya: ABŞ ələ keçirilən neft tankerində iki Rusiya vətəndaşını azad edib
dünya

Rusiya: ABŞ ələ keçirilən neft tankerində iki Rusiya vətəndaşını azad edib

09-01-2026 17:00 46 Views
IMG

ABŞ ələ keçirilən neft tankerində olan iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib.


Tvit.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


“ABŞ Prezidenti Donald Tramp bizim xahişimizlə Mariner tankerinin heyətindən iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib. Bu qərarı alqışlayırıq və ABŞ administrasiyasına təşəkkür edirik”,- deyə sözçü bildirib.


Elmin Alışov