İranın Ali Lideri Ayətullah Xamenei ABŞ Prezidenti Donald Trampı İranın daxili işlərinə qarışmamağa və öz ölkəsini idarə etməyə diqqət yetirməyə çağırıb.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Xamenei bildirib.
Xameneinin sözlərinə görə, Tehrandakı etirazçılar Amerika prezidentini məmnun etmək üçün şəhərdəki bir binanı vandalizm yolu ilə dağıdıblar.
Qeyd edək ki, ABŞ lideri Donald Tramp İrana xəbərdarlıq edərək nümayişçilərə qarşı pis bir şey gördüyü təqdirdə ABŞ-ın İrana zərbə endirəcəyini bildirmişdi.
Elmin Alışov