Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial 10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 dəfə qəza törədib
sosial

10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 dəfə qəza törədib

09-01-2026 13:00 37 Views
IMG

Azərbaycanda 2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 yol-nəqliyyat hadisəsi törədib.

Bu barədə "Tvit.az"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur:

"Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmir".